Dünyanın ən varlı insanlarının sərvəti rekord həddə çatıb
Operativ Media
2025-ci ildə dünya milyarderlərinin sərvəti əvvəlki beş ilin orta göstəricisindən üç dəfə daha sürətlə artaraq rekord həddə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə Beynəlxalq bərabərsizliyə qarşı mübarizə təşkilatı "Oxfam" məlumat yayıb.
Məlumata görə, 2025-ci ilin sonunda milyarderlərin sərvəti bir il əvvələ nisbətən 2,5 trilyon dollar və ya 16% artaraq 18,3 trilyon dollar təşkil edib.
Təşkilat vurğulayır ki, bu artım onların sərvətinin son beş il ərzindəki orta göstəricidən üç dəfə sürətli artması deməkdir.