İnyesta məşqçiliyə başlaya bilər
Operativ Media
"Barselona”nın və İspaniya millisinin sabiq futbolçusu İnyesta məşqçiliyə başlaya bilər.
Operativ Media xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Keçmiş yarımmüdafiəçi Mərakeş yığmasının məşqçilər korpusuna daxil ola bilər. İnyesta yerli federasiya ilə danışıqlar aparır.
Sabiq “Barselona”lı Afrika Millətlər Kubokunun Seneqal ilə Mərakeş yığması arasındakı final oyununu izləmək üçün dəvət alıb və oyun zamanı tribunada olub. İnyestanın qısa zamanda məşqçi karyerasına başlayacağı gözlənilir.
41 yaşlı mütəxəssis ötən ilin oktyabrında futbolçu karyerasını bitirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net