Menyu

Cənubi Afrikada daşqınlar nəticəsində 38 nəfər ölüb

Şəfa Hüseynli
Cənubi Afrikada daşqınlar nəticəsində 38 nəfər ölüb

Cənubi Afrikada leysan yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 38-ə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə "SABC" radiostansiyası məlumat yayıb.

Agentliyin məlumatına görə, Mpumalanga əyalətində daşqınlar nəticəsində 20 nəfər, qonşu Limpopo əyalətində isə 18 nəfər ölüb. Hələ də itkin düşmüş insanlar var və onların sayı dəqiqləşdirilir. Əvvəlki ölüm sayı 31 nəfər olduğu bildirilib.

Ölkənin şimalında və şərqində suyun səviyyəsinin qalxması 3000-dən çox evə ziyan vurub, körpüləri dağıdıb və yolları su basıb.

Əlaqəli Xəbərlər