Azərbaycan qılıncoynadanları Turkiyədən iki medalla qayıdırlar
Operativ Media
Azərbaycan qılıncoynadanları Türkiyənin Ankara şəhərində keçirilən açıq turniri iki medalla başa vurublar.
Operativ Media xəbər verir ki, Maqsud Hüseynli böyüklərin, Fərəh Abasova isə gənclərin qılıncoynatmanın sablya növü üzrə Türkiyənin Ankara şəhərində keçirilən açıq turnirində bürünc medal qazanıblar.
Kişi sablyaçılarımızdan Rəsul Əliyev 60 iştirakçı arasında 7-ci, Timur Husnaddinov 12-ci, Nahid Məmmədli isə 22-ci olub.
Qızların yarışında medalın bir addımlığında mübarizəni dayandıran Valentina Zeynalova 5-ci, Leyla Əhmədova 11-ci, Ayan Ağasıyeva 13-cü, Züleyxa Sultanlı 20-ci, Cahan Sadıxova 24-cü, İrina Lobas isə 27-ci olub.