Qırğızıstan Prezidenti Pakistana səfər edəcək
Şəfa Hüseynli

Qırğızıstan Prezidenti Sadır Japarov Pakistanın Baş naziri Şahbaz Şərifin dəvəti ilə dekabrın 3-4-də Pakistana dövlət səfəri edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Səfər zamanı Sadır Japarov Pakistanın Baş naziri Şahbaz Şərif, prezident Asif Əli Zərdari, Milli Assambleyanın (Parlamentin Aşağı Palatası) sədri Sərdar Ayaz Sadiq və Senatın (Parlamentin Yuxarı Palatası) sədri Yusuf Rza Qelani ilə ikitərəfli danışıqlar aparacaq.
Tərəflər eyni zamanda Qırğızıstan-Pakistan münasibətlərinin gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.
Səfər çərçivəsində Qırğızıstan-Pakistan biznes forumu da keçiriləcək.