Menyu

İslamabad-Tehran-İstanbul yük qatarı bu ilin sonuna kimi fəaliyyətə başlayacaq

Əziz Əzizli
İslamabad-Tehran-İstanbul yük qatarı bu ilin sonuna kimi fəaliyyətə başlayacaq

İslamabaddan Tehrana və İstanbula gedən ECO yük qatarı dekabrın 31-də hərəkətini bərpa edəcək.

Operativ Media xəbər verir ki, bunu Pakistanın dəmir yolu naziri Hənif Abbas deyib.

Nazir ölkəsinin İranla regional əlaqələri genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.

Hənif Abbas dekabrın 2-də Ravalpindi Ticarət və Sənaye Palatasının rəsmiləri qarşısında çıxışında qeyd edib ki, Pakistan İran İslam Respublikasına regional əlaqələri genişləndirməkdə böyük maraq göstərir.

O əlavə edib ki, bu məqsədə çatmaq üçün Pakistan Dəmir Yolları cari ilin sonuna qədər dəmiryol xidmətlərini işə salmağı planlaşdırır və işgüzar ictimaiyyəti bu yeni imkanlardan yararlanmağa çağırır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər