Ərdoğan və Makron regional vəziyyəti müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidentı Emmanuel Makron ilə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, görüşdə Türkiyə-Fransa ikitərəfli münasibətləri, Ukrayna–Rusiya müharibəsi, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan söhbət zamanı Türkiyə ilə Fransa arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacib olduğunu və bu məqsədlə atılan addımların davam etdiriləcəyini bildirib.
Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasındakı müharibənin ədalətli və davamlı sülhlə başa çatdırılması üçün maksimal səylər göstərdiyini vurğulayıb.
Prezident həmçinin İstanbul prosesinin canlandırılması üçün tərəflərlə təmasların davam etdiyini, Türkiyənin sülhün əldə olunması üçün mümkün olan hər bir addımı atmağa hazır olduğunu qeyd edib.
Ərdoğan dialoqun davamında qalıcı sülhə nail olmaq üçün diplomatik vasitələrin ən təsirli şəkildə tətbiq edilməsinin zəruri olduğunu deyib və Türkiyənin atəşkəsin əldə olunması mərhələsində, həmçinin ondan sonrakı proseslərdə səylərini artıraraq davam etdirəcəyini bildirib. O əlavə edib ki, qlobal sülhü təhlükə altına sala biləcək addımlardan çəkinmək sülhə nail olmaq üçün mühüm töhfə verəcək.
Görüşdə eyni zamanda Cənubi Qafqaz, Qəzza və Suriya üzrə son vəziyyət də müzakirə olunub