Paşinyan: Biz Ermənistanı çıxılmaz vəziyyətdən çıxarmışıq
Operativ Media
Ən əsası iqtisadi göstəricilər deyil, ən əsası odur ki, biz Ermənistanı tələdən çıxarmışıq, Ermənistanı geosiyasi tələdən çıxarmışıq.
Operativ Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Milli Assambleyada 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.
“Biz Ermənistanı çıxılmaz vəziyyətdən çıxarmışıq, onu elə bir yerə çatdırmışıq ki, Ermənistan üçün bütün istiqamətlərdə perspektivlər açılıb və Ermənistan xalqı öz suveren iradəsi ilə hansı inkişaf istiqamətini və baxışını qəbul edəcəyinə qərar verə bilər”, - deyə o, bildirib.