KİV: Türkiyə altı ay ərzində Ermənistanla quru sərhədini aça bilər
Şəfa Hüseynli
Türkiyə yaxın altı ay ərzində Ermənistanla quru sərhədini açmağı nəzərdən keçirir.
Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, Azərbaycanla diplomatik irəliləyiş və Türkiyə ilə sərhədin açılması Ermənistan Baş naziri Nikol Paşinyana seçkilər ərəfəsində əlavə siyasi dəstək verə bilər.
"Türkiyə 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsində Azərbaycanla həmrəy olaraq sərhədini bağlayıb.Sülh müqaviləsinin rəsmiləşdirilməsi bölgədə sabitlik yarada və enerji kəmərlərinin təhlükəsizliyini təmin edə bilər. Bu kəmərlər Xəzər dənizi regionu və Mərkəzi Asiyadan Avropaya neft və qaz daşıyır",- məlumatda qeyd edilib.