Menyu

Pakistanın Ermənistanda səfirliyi açılacaq

Operativ Media
Pakistanın Ermənistanda səfirliyi açılacaq

Ermənistan Respublikasının və Pakistan İslam Respublikasının diplomatik nümayəndələri Ermənistanda Pakistan səfirliyinin açılması istiqamətində aktiv iş aparırlar.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, səfirliyin açılması gələn il nəzərdə tutulur.

Ermənistan Xarici İşlər Nazirliyi də xəbəri təkzib etməyib:

“Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması haqqında birgə kommunikeni imzalamaqla, Ermənistan və Pakistan hökumətləri qarşılıqlı nümayəndələr təyin etmək və bir-birinə “Diplomatik münasibətlər haqqında” 1961-ci il Vyana konvensiyasına və beynəlxalq ənənəvi praktikaya uyğun olaraq lazımi dəstək göstərmək barədə razılığa gəliblər. Bu kontekstdə gələcək inkişaflar barədə ictimaiyyətə müvafiq şəkildə məlumat veriləcək,” – deyə Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.

Xatırladaq ki, Ermənistan və Pakistan arasında diplomatik münasibətlər 2025-ci il avqustun 31-də qurulub. Həmin gün Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan Çin Respublikasının Tyançzin şəhərində Pakistanın Baş nazir müavini və Xarici İşlər Naziri Məhəmməd İshaq Dari ilə görüşərək Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması haqqında birgə kommunikeni imzalayıb.

Əlaqəli Xəbərlər