Əliyar Ağayev Konfrans Liqasının matçına təyinat alıb

Əziz Əzizli
Əliyar Ağayev Konfrans Liqasının matçına təyinat alıb

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

"Operativ Media" xəbər verir ki, UEFA Avropa Konfrans Liqasının 1/16 final mərhələsinin ilk oyunu çərçivəsində martın 9-da Moldovada keçiriləcək “Şerif” (Moldova) – “Nitsa” (Fransa) qarşılaşmasının baş hakimi Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Martın 9-da keçiriləcək oyun saat 21:45-də başlayacaq.

Digər xəbərlər