Menyu

Maduro: Trampla dialoq ölkələr arasında münasibətlərin normallaşmasına töhfə verir

Operativ Media
Maduro: Trampla dialoq ölkələr arasında münasibətlərin normallaşmasına töhfə verir

Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı apardığını bildirib. O, söhbətin hörmətli və səmimi tonda keçdiyini, bunun ölkələr arasında dialoqa töhfə verdiyini vurğulayıb.

Operativ Media məlumatına görə, Maduro bunu "Venezolana de Televisión" telekanalının efirində açıqlayıb.

"Telefon zəngi aldım və ABŞ Prezidenti Donald Tramp ilə danışdım. Deyə bilərəm ki, söhbət hörmətli tonda keçdi, hətta dostyana idi", – deyə Maduro bildirib.

O vurğulayıb ki, danışığın xarakteri iki dövlət arasında hörmətə əsaslanan dialoqa doğru atılan addımlardan xəbər verir.

Venesuela Prezidenti əlavə edib ki, ona "mikrofon diplomatiyası xoş deyil və mühüm məsələlər reallığa çevrilənə qədər gizli qalmalıdır". O, ABŞ ilə diplomatik dialoqu alqışlayaraq Venesuelanın sülhə sadiqliyini qeyd edib: "Yaşasın dialoq, diplomatiya və sülh!"

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər