Menyu

Şəmkirdə qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb - YENİLƏNİB

Şəfa Hüseynli
Şəmkirdə qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb - YENİLƏNİB

Şəmkirin Keçili kəndində mikroavtobusun su kanalına aşması nəticəsində xəsarət alan 12 nəfərdən 11-i göstərilən lazımi tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. 

Rayon Mərkəzi Xəstəxanasından Operativ Media-ya verilən məlumata görə, bir nəfərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı araşdırma davam etdirilir.


***

10:01


04.12.2025-ci il tarixində saat 07:35 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbəbilə 12 nəfər (11-i qadın, 1-i kişi olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir.

"Hazırda 10 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir".- deyə məlumatda qeyd edilib.

Əlaqəli Xəbərlər