Menyu

Türkiyə ilə Qətər arasında 5 saziş imzalanıb

Operativ Media
Türkiyə ilə Qətər arasında 5 saziş imzalanıb
1 dəq oxu

Türkiyə və Qətər arasında ticarət, təhsil, diplomatiya və müdafiə sahələrini əhatə edən 5 saziş imzalanıb.

Operativ Media xəbər verir ki, sənədlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Saninin iştirakı ilə Yüksək Strateji Komitənin 12-ci iclası çərçivəsində imzalanıb.

İmzalanan sənədlər istehlakçı hüquqlarının müdafiəsi və bazara nəzarət, təhsil sahəsində əməkdaşlıq, sülh və münaqişələrin həlli, eləcə də qarşılıqlı müdafiə məsələlərini əhatə edir.

Bundan əlavə, iki ölkə arasında Yüksək Strateji Komitənin 12-ci iclasının birgə bəyanatı imzalanıb.

Əlaqəli Xəbərlər