Menyu

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib

Operativ Media
Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib
1 dəq oxu

Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb, 4-ü xəsarət alıb.

Bu barədə Operativ Media-ya Baş Dövlət Yol Polisi İdarəsindən (DYP) məlumat verilib.

Bildirilib ki, hadisə noyabrın 13-ü saat 23 radələrində rayonun Böyük Bəhmənli kəndində qeydə alınıb. Belə ki, Füzuli sakinləri Seymur İsmayılovun idarə etdiyi "Opel" və Mustafa Musayevin idarə etdiyi "VAZ-2104" markalı avtomobillər toqquşub. Nəticədə "Opel"in sürücüsü və iki sərnişini hadisə yerində dünyasını dəyişib. Həmin avtomobilin digər iki sərnişini, həmçinin "VAZ-2104"ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Əlaqəli Xəbərlər