Menyu

TuranBank kredit ödənişlərinə komissiya tətbiq edəcək

Operativ Media
TuranBank kredit ödənişlərinə komissiya tətbiq edəcək
1 dəq oxu

TuranBank 15 dekabr 2026-cı il tarixindən etibarən MilliOn və MPay vasitəsilə həyata keçirilən kredit ödənişlərinə, eləcə də cari hesaba və karta mədaxil əməliyyatlarına komissiya tətbiq edəcək.

Operativ Media xəbər verir ki, bu barədə bankın müştərilərinə göndərdiyi SMS bildirişində məlumat verilib.

Bildirilib ki, qeyd olunan əməliyyatlar üzrə 1 faiz, minimum 1 manat komissiya tutulacaq.

Komissiyasız ödəniş etmək istəyən müştərilər bankın daxili terminallarından, pay.turanbank.az portalından, TuranBank mobil tətbiqindən və internet bankçılıq xidmətindən istifadə edə bilərlər.

Əlaqəli Xəbərlər