Menyu

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Operativ Media
Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib
1 dəq oxu

Avropa İttifaqı (Aİ) liderləri Rusiya ilə ekspert səviyyəsində danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini razılaşdırıblar.

Operativ Media xəbər verir ki, bu barədə "France-Presse" (AFP) agentliyi Avropa mənbəyinə istinadla məlumat yayıb.

Bildirilib ki, heyətə Avropa Komissiyası, Aİ Şurası, Almaniya, Fransa, İtaliya, Polşa və Böyük Britaniyanın nümayəndələri daxil olacaq.

Məlumata əsasən, təsdiqlənən nümayəndə heyətinin tərkibi Əbu-Dabiyə səfər etmiş qrupla eynidir.

Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə keçirilib. Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Rüstəm Umerov rəhbərlik edib. Görüşdə ABŞ nümayəndələri və BƏƏ-nin xarici işlər naziri də iştirak ediblər. Avropa nümayəndələri isə danışıqlar masasında yer almayıblar.

Əlaqəli Xəbərlər