Menyu

BMW 720 mindən çox avtomobili geri çağırıb

Operativ Media
BMW 720 mindən çox avtomobili geri çağırıb
1 dəq oxu

BMW yanğın riski səbəbindən ABŞ-də 720.796 avtomobili geri çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Sürücülərə risk qrupuna daxil olan nəqliyyat vasitələrini təmir olunana qədər açıq havada park etmək tövsiyə edilib.

Bildirilib ki, BMW problemi həll etmək üçün çalışır.

NHTSA-nın məlumatına görə, geri çağırılma BMW 3 Series, 5 Series, X1, X3, X4, Z4, eləcə də 2012-2018-ci illər arasında istehsal olunmuş bəzi digər modellərə təsir göstərib.

Əlaqəli Xəbərlər