Rusiya Prezidenti Vladimir Putin dekabrın 12-dəTürkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ölkəyə səfər edəcək.
Operativ Media xəbər verir ki, bunu Rusiya liderinin köməkçisi Yuri Uşakov brifinqdə deyib.
"Rusiya Prezidentinin dekabrın 12-də Türkmənistanda keçiriləcək Beynəlxalq Sülh və Etimad Forumunda iştirakı planlaşdırılır", - Uşakov bildirib.