Menyu

Valtonen: Minsk Qrupunun bağlanması qərarı Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləyən həyati addımdır

Şəfa Hüseynli
Valtonen: Minsk Qrupunun bağlanması qərarı Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləyən həyati addımdır

ATƏT-in Minsk qrupunun bağlanması qərarı Ermənistan və Azərbaycan arasında sülh prosesini dəstəkləyən həyati vacib addımdır.

Operativ Media xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen bildirib.

"Ermənistan və Azərbaycan arasında sülh prosesində müsbət irəliləyişin şahidi oldum. Avqust ayında (Vaşinqtondakı görüşdə - red.) biz ATƏT-in Minsk Qrupunu və onun əlaqəli strukturlarını bağlamaq barədə qərar qəbul etdik.

“Bu, sülh prosesinin dəstəklənməsi, eləcə də ATƏT-in büdcəsinin təsdiqinə əsas maneənin aradan qaldırılması istiqamətində mühüm addımdır”, - Elina Valtonen qeyd edib.

Əlaqəli Xəbərlər