Dünyanın ən təmiz və ən çirkli şəhərləri açıqlanıb
Şəfa Hüseynli

Dünya reytinqində ən təmiz və çirkli şəhərlərin adı açıqlanıb.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Yüz əsas səyahət istiqaməti üzrə 70 mindən çox turist rəyi təhlil edilib.
Bildirilib ki, Polşanın Krakov şəhəri rəsmən dünyanın ən təmiz şəhəri seçilib.
Polşanın təmizliklə bağlı bütün şərhlərin 98,5 faizi müsbət idi. İlk beşliyə qalan Şarja, Sinqapur, Varşava və Doha daxildir ki, bunların hamısı 97 faizdən yuxarıdır.
Daha sonra Ər-Riyad, Praqa, Maskat, Dubay, Fukuoka və Sürixdə qeydə alınıb.
Reytinqin əks ucunda Budapeşt qərarlaşıb. Turistlərin təxminən 38 faizi təmizlik problemlərini irad bildiriblər. Ondan sonra isə Roma, Las-Veqas, Florensiya və Paris gəlir.