Şərqi Avropa ölkələrindən Azərbaycana səfər edənlərin sayı artıb
Operativ Media

Bu ilin yanvar-oktyabr aylarında Şərqi Avropa ölkələrindən Azərbaycana 95 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.
Dövlət Turizm Agentliyindən Operativ Media-ya verilən məlumata əsasən, təkcə cari ilin oktyabr ayında qeyd edilən regiondan ölkəyə 10,8 mindən çox xarici vətəndaş səfər edib. Bu, 2024-cü ilin oktyabr ayına nisbətdə 7,5 faiz çox, cari ilin sentyabr ayına nisbətdə isə 13 faiz azdır.
2025-ci ilin oktyabr ayında Şərqi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 10 ölkə:
Ukrayna – 3 374
Belarus – 2 292
Polşa – 1 177
Macarıstan – 732
Moldova – 503
Rumıniya – 384
Çexiya – 365
Litva – 336
Latviya – 295
Serbiya – 272