Menyu

Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

Operativ Media
Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

Afrika Millətlər Kubokunun final matçı keçirilib.

Operativ Media xəbər verir ki, həlledici oyunda Seneqal və Mərakeş milliləri üz-üzə gəlib.

Moulay Abdullah İdman Kompleksində keçirilən görüşdə Seneqal millisi qalib gəlib – 1:0.

Oyunun əsas vaxtında qol vurulmayıb. Buna görə də qalib əlavə vaxtda müəyyənləşib. 94-cü dəqiqədə Pap Qeye Seneqal millisinə qələbə gətirən qolu vurub.

Final oyununda qalmaqal da yaşanıb. Belə ki, Seneqal millisinin baş məşqçisi Pap Tiyav qarşılaşmanın 90+8-ci dəqiqəsində qapılarına təyin olunan penaltiyə etiraz edərək komandanı meydandan çıxarıb. Buna qədər matçın 90+2-ci dəqiqəsində seneqallıların vurduğu qol da qeydə alınmayıb. Referi Əşrəf Hakimiyə qarşı qayda pozuntusu olduğunu əsas gətirərək Abdullay Sekin hərəkətini qayda pozuntusu kimi qiymətləndirib. Hakimin hücumun sonunu gözləmədən fit çalması VAR-ın müdaxilə imkanını aradan qaldırıb və epizod yoxlanılmayıb. Bu qərar böyük narazılığa səbəb olub. Seneqalın qapısına penalti təyin olunan zaman isə baş məşqçinin göstərişi ilə futbolçular meydanı tərk ediblər.

Yaranmış gərgin vəziyyətdə Seneqal millisinin lideri Sadio Mane komandaya müdaxilə edərək oyunun davam etdirilməsinə nail olub. O, paltardəyişmə otağına qaçaraq komanda yoldaşlarını geri qaytara bilib.

Bundan sonra Seneqal yığması meydana qayıdıb. Mərakeş millisinin üzvü Brahim Dias isə 90+24-cü dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib. Seneqal millisinin qapıçısı Eduar Mendi zərbəni dəf edərək hesabın dəyişməsinə imkan verməyib.

Xatırladaq ki, Seneqal millisi artıq bir dəfə bu titula yiyələnib. 2021-ci ildə qalib olan seneqallılar buna qədər 3 dəfə finalda oynayıb. Mərakeş isə 1976-cı ildə Afrika Millətlər Kubokunun qalibi olub.

Ötən gün bürünc medal uğrunda görüşdə Nigeriya Misirə penaltilər seriyasında (4:2) qalib gəlib.

Əlaqəli Xəbərlər