Menyu

Rəşad Eyyubov: Yanvar toplanışı yüksək səviyyədə keçdi

Operativ Media
Rəşad Eyyubov: Yanvar toplanışı yüksək səviyyədə keçdi

Azərbaycanın U-21 millisinin baş məşqçisi Rəşad Eyyubov təlim-məşq toplanışının yekunları ilə bağlı fikirlərini bölüşüb.

Operativ Media xəbər verir ki, o, bu haqda "facebook" hesabında paylaşım edib.

Mütəxəssis yanvar toplanışının yüksək səviyyədə keçdiyini bildirib:

“Yanvar toplanışımız çox yüksək səviyyədə təşkil olundu. Futbolçular barədə gələcəkdə bizə kömək edəcək xeyli faydalı məlumat əldə etdik”.

Rəşad Eyyubov toplanışda legioner gənc futbolçuların da iştirak etdiyini vurğulayıb. Onun sözlərinə görə, Almaniyanın “Herta” klubundan iki gənc oyunçu – 15 yaşlı Raul və 17 yaşlı Elyas düşərgədə yer alıblar:

“Hər iki futbolçu yığmamızda çıxış etmək istədiklərini bildirdi. Bu, bizim üçün yaxşı siqnaldır və onlara şans vermək qərarına gəldik”.

Baş məşqçi İspaniyada çıxış edən 16 yaşlı Səttarın da toplanışda iştirak etdiyini qeyd edib və gənc futbolçulara inandıqlarını bildirib:

“Hər bir futbolçumuza olduğu kimi, onlara da inanırıq və gələcəkdə inkişaf edəcəklərini gözləyirik”.

R.Eyyubov möhtəşəm karyerasını başa vuran Qara Qarayevə də xüsusi təşəkkür edib:

“Qaranı ölkə futbolu tarixinin ən yaxşı oyunçularından biri hesab edirəm. Qara Qarayevin və Rəşad Hüseynovun məşqçilər heyətimizə qoşulması bizi daha da gücləndirib”.

Sonda U-21 millisinin baş məşqçisi mart ayında komandalarını iki çətin oyunun gözlədiyini deyib:

“Gələcəyə nikbin baxırıq və 100 faiz gücümüzlə çalışmağa davam edirik”.

Əlaqəli Xəbərlər