Berlin Ukraynaya silah yardımını 200 milyon dollar artırır
Şəfa Hüseynli
Almaniya Amerika silahlarının alınmasına əlavə olaraq Ukraynaya 200 milyon dollar (təxminən 172 milyon avro) ayıracaq.
Operativ Media xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohannes Vadeful NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək iclasında bildirib.
Bildirilib ki, NATO ilə ABŞ Prezidenti Donald Tramp arasında razılaşmaya əsasən, 2025-ci ilin yayından qüvvədə olan PURL proqramı (Prioritised Ukraine Requiremens List) çərçivəsində ayrılacaq.
Ümumi dəyəri 1 milyard dollar olan PURL çərçivəsində iki yeni paket Almaniya, Hollandiya, Norveç və Polşa tərəfindən birgə maliyyələşdiriləcək.