AFFA-nın növbəti Hesabat Konfransı keçirilir.
"Operativ Media" xəbər verir ki, tədbirin açılışında qurumun prezidenti Rövnəq Abdullayev fikirlərini söyləyib. AFFA rəsmisi çıxışında "Qarabağ"ın avrokuboklardakı oyunundan söz açıb:
“Ötən il AFFA-nın təsis olunmasının 30 illik yubileyi ilə əlamətdar idi. Sevindirici haldır ki, futbol ictimaiyyətinin nümayəndələri fəxri adlar aldı. Cənab Prezident daim idmanımızı diqqətdə saxlayır. Keçən il “Qarabağ”ın avrokuboklardakı çıxışı bizi sevindirdi. Eyni zamanda, Azərbaycan millisinin ardıcıl 5 oyunda qələbə qazanmasını xüsusi vurğulamaq istərdim”.