Menyu

Siyarto: Macarıstan Ukrayna üzrə sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır

Operativ Media
Siyarto: Macarıstan Ukrayna üzrə sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır

Macarıstan lazım gəldiyi halda Ukraynadakı münaqişənin həlli üçün sülh danışıqlarına ev sahibliyi etməyə hazırdır və bu məqsədə nail olmaq üçün istənilən təşəbbüsü dəstəkləyir. Operativ Media xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Vyanada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) üzv ölkələrin xarici işlər nazirlərinin iclasında çıxışı zamanı deyib.

O, Macarıstanın ABŞ Prezidenti Donald Trampın Avropa qitəsində sülhün bərpasına yönəlmiş ümidverici səylərini alqışladığını bir daha vurğulayıb və Budapeştin bu məqsədə xidmət edən istənilən təşəbbüsü dəstəkləməyə hazır olduğunu bildirib.

“Hazırlıq tədbirlərinin uğurla başa çatması üçün əlimizdən gələni edirik. Bunu Macarıstanın Baş naziri Viktor Orbanın Vaşinqton və Moskvaya son səfərləri də sübut edir. Biz sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq və ümid edirik ki, bu danışıqlar tezliklə başlaya bilər”, – Siyarto qeyd edib.

Əlaqəli Xəbərlər