Menyu

Ceyhun Bayramov İrlandiyanın XİN rəhbəri ilə danışıqlar aparıb

Operativ Media
Ceyhun Bayramov İrlandiyanın XİN rəhbəri ilə danışıqlar aparıb

Xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası iclası çərçivəsində İrlandiyanın Avropa məsələləri və müdafiə üzrə dövlət naziri Thomas Byrne ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Tərəflər 2026-cı ildə diplomatik münasibətlərin 30 illiyi ərəfəsində iki ölkə arasında əməkdaşlığında müşahidə olunan müsbət dinamikanı müzakirə edib, siyasi dialoqun gücləndirilməsi, ticarət, investisiya, innovasiya və humanitar əməkdaşlıq üçün imkanların araşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Regional proseslər və Azərbaycanın sülh gündəmi də müzakirə olunub

Əlaqəli Xəbərlər