http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Fərid Qayıbov: AFFA ilə bərabər çalışmalıyıq və istəyirik ki, klubların sayı daha da artsın

07 Mart 2023 , 11:43
Fərid Qayıbov: AFFA ilə bərabər çalışmalıyıq və istəyirik ki, klubların sayı daha da artsın

"Ölkəmizdə idman dövlət siyasətidir, dövlətin qayğısını, ölkə başçısının idmana, futbola sevgisini bilirik, hiss edirik. Futbolçular və idmançılar bilir. İdman üçün ölkəmizdə yaradılan şəraitdən xəbərimiz var. İdmanda da, futbolda da nəticələrimiz də var".

"Operativ Media" xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov AFFA-nın Hesabat Konfransında çıxışı zamanı deyib.

O, konfransın uğurla təşkil olunduğunu qeyd edib: "AFFA-nı təbrik edirəm. Bugünkü konfrans çox yaxşı təşkil olunub. AFFA-nın keçmiş baş katibi Elxan Məmmədov artıq FİFA-da çalışır. Bu da nailiyyətdir". Nazir AFFA ilə birgə çalışmalı olduqlarını deyib: "Mən də “Qarabağ”ı qazandığı nəticələrə görə təbrik edirəm. Təbii ki, biz azarkeşlər daha yaxşı nəticə istəyirik. Amma unutmayaq ki, güclü Avropa klubları ilə oynayırıq. 

AFFA ilə bərabər çalışmalıyıq və istəyirik ki, klubların sayı daha da artsın. İnanıram ki, bu istiqamətdə işlər gedəcək, klubların sayı artacaq. Yeni stadionlar tikilib. Amma yenə də, bu istiqamətdə işlər görməyimiz lazımdır.

FİFA və UEFA-ya minnətdarlıq edirəm ki, federasiyaya dəstək olurlar, klublara kömək edirlər. Futbolun inkişafı üçün töhfə verirlər. Futbol ən populyar idman növüdür. Federasiyanın büdcəsindən bilinir".

OXŞAR XƏBƏRLƏR
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi

"Bayer" Florian Virtsin transferindən 150 milyon avro gözləyir

"Bayer" Florian Virtsin transferindən 150 milyon avro gözləyir

Azərbaycan PL: "Neftçi" "Qarabağ"a, "Kəpəz" "Şamaxı"ya qarşı

Azərbaycan PL: "Neftçi" "Qarabağ"a, "Kəpəz" "Şamaxı"ya qarşı

XƏBƏR LENTİ
  • 10:48

    Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilir
  • 10:45

    Rövşən Rüstəmov: Bakı−Naxçıvan−Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür
  • 10:42

    Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi
  • 10:37

    Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
  • 10:29

    Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”
  • 10:15

    Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA
  • 10:14

    Zakir Həsənov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 10:12

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
Menyu