Menyu

ABŞ əcnəbilər üçün iş icazələrinin müddətini qısaldır

Şəfa Hüseynli
ABŞ əcnəbilər üçün iş icazələrinin müddətini qısaldır

ABŞ Prezidenti Donald Tramp administrasiyası ABŞ-də müəyyən kateqoriyadan olan əcnəbi vətəndaşlara iş icazələrinin verilməsi qaydalarını sərtləşdirən yeni qaydanı təsdiqləyib.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ vətəndaşlıq və immiqrasiya xidmətləri saytında dərc edilib.

Birləşmiş Ştatlarda qanuni müdafiə almış qaçqınlar, sığınacaq alanlar və digər immiqrantlar üçün iş icazələrinin müddəti qısaldılır. 

Bundan sonra bu kateqoriyadan olan əhaliyə iş icazəsi cari beşillik müddət əvəzinə maksimum 18 ay müddətinə veriləcək.

Yeni siyasət dekabrın 5-dən sonra təqdim edilən iş icazəsi ərizələrinə, eləcə də həmin tarixdə gözlənilənlərə şamil ediləcək.

Əlaqəli Xəbərlər