İstanbulun Tuzla şəhərində rezin fabrikində yanğın baş verib.
Operativ Media xəbər verir ki, bu bardə "TRT Haber" məlumat yayıb.
Fabrikdə məlum olmayan səbəbdən başlayan yanğın qısa zamanda genişlənərək bütün ərazini bürüyüb. Məlumatdan sonra hadisə yerinə ətraf rayonlardan çoxsaylı yanğınsöndürənlər göndərilib.