Menyu

The Economist: Evdə və məktəbdə süni intellekt uşaqlığı dəyişir

Operativ Media
The Economist: Evdə və məktəbdə süni intellekt uşaqlığı dəyişir

"Khan Academy-də bəzi şagirdlərin riyaziyyat tapşırıqlarını “Pifaqor” adlı süni intellekt simulyasiyasının köməyi ilə həll etməsi müəllimləri çaşdırıb. Bu, süni intellektin uşaqların təhsil və gündəlik həyatında necə geniş istifadə olunduğunun bir nümunəsidir".

Operativ Media xəbər verir ki, bu barədə "The Economist" nəşrinin yaydığı araşdırmada bildirilir.

"Uşaqlar süni intellektin həm öncülləri, həm də sınaq obyektləridir. Araşdırmalar göstərir ki, amerikalı yeniyetmələr həm evdə, həm də məktəbdə valideynlərindən daha çox süni intellektdən istifadə edirlər. Sİ tədrisi fərdiləşdirir, müəllimlərin işini azaldır, dərs materiallarını daha maraqlı edir. Çin, Sinqapur və ABŞ-də məktəblərdə Sİ təhsilinin genişlənməsi dövlət səviyyəsində dəstəklənir.

"Microsoft" və "Google" kimi şirkətlərin alətləri şagirdlərin oxu və dil bacarıqlarında ciddi irəliləyişlər göstərir. Sİ repetitorları xüsusilə Çində populyarlaşıb.

Lakin valideynlərin əksəriyyəti süni intellektin uşaqların tənqidi düşüncəsinə zərər verdiyini düşünür. Bəzi şagirdlər hətta tam tapşırığı süni intellektə həvalə etdiyini etiraf edir.

Tədqiqatlar göstərir ki, süni intellektlə işləyən şagirdlərin beyin fəaliyyəti azalır və yazdıqları mətni daha zəif xatırlayırlar. Bu səbəbdən təhsil platformaları cavabı verməyən, yalnız düşünməyə yönləndirən süni intellekt müəllimlər hazırlayır. Lakin uşaqların bundan yan keçməsi asandır, bu isə fırıldaq hallarını artırır.

Süni intellekt uşaqların ev həyatı və əyləncəsini də dəyişir. Video oyunlar oyunçunun səviyyəsinə uyğunlaşır, süni intellekt ilə yaradılmış internet trendləri sürətlə yayılır, ənənəvi oyuncaqlar isə “canlanır”. Xüsusilə Çin şirkətləri süni intellekt oyuncaqları kütləvi istehsala hazırlayır.

Bu tendensiya ilə yanaşı təhlükələr də artır

ABŞ-də test edilən bəzi süni intellekt oyuncaqları uşaqlarla qeyri-münasib dialoqlara girib.

Yeniyetmələr arasında süni intellekt “dostları” geniş yayılıb, bəziləri hətta şəxsi mövzuları real insanlardan çox süni intelleklə bölüşürlər.

Bu isə faciəli nəticələrə gətirib çıxara bilir.

Hökumətlər artıq uşaqlar üçün süni intellekt məhdudiyyətləri hazırlayır.

Şirkətlər də süni intellektin uşaq versiyaları, valideyn nəzarəti və daha təhlükəsiz modelləri üzərində çalışır.

Əlaqəli Xəbərlər