Menyu

Orban Türkiyəyə səfər edəcək

Operativ Media
Orban Türkiyəyə səfər edəcək

Macarıstanın Baş naziri Viktor Orban sabah Türkiyəyə rəsmi səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran məlumat yayıb.

O bildirib ki, Viktor Orban və onu müşayiət edən yüksək səviyyəli nümayəndə heyəti 8 dekabr 2025-ci ildə Türkiyəyə rəsmi səfər edəcək.

Səfərin, Türkiyə–Macarıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclası çərçivəsində keçiriləcəyi qeyd olunub. Görüşlərdə tərəflər arasında “gücləndirilmiş strateji tərəfdaşlıq” səviyyəsində münasibətlərin bütün istiqamətlər üzrə müzakirə ediləcəyi bildirilib.

Açıqlamaya görə, görüşlər zamanı ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələlər üzrə geniş fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində, həmçinin iki ölkə münasibətlərinin hüquqi bazasını möhkəmləndirmək məqsədilə müxtəlif sənədlərin imzalanması planlaşdırılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər