Menyu

Kamboca Tailanda raket zərbələri endirib

Operativ Media
Kamboca Tailanda raket zərbələri endirib

Kamboca Tailand ərazisinə BM-21 çoxsaylı raket buraxılış sistemlərindən atəş açıb.

Operativ Media xəbər verir ki, bu barədə Tayland ordusunun İkinci Hərbi Bölgəsinin məlumat yayıb.

Məlumatda deyilir ki, “Kamboca qoşunları Buriram əyalətindəki mülki əraziləri BM-21 raketləri ilə atəşə tutub. Hazırda itkilər barədə məlumat yoxdur. Quru Qoşunlarının İkinci Hərbi Bölgəsi Tailand xalqını və milli suverenliyi müdafiə edəcək”.

Tailand Kral Ordusu daha əvvəl Tailand–Kamboca sərhədində baş verən qarşıdurma zamanı bir Tailand əsgərinin həlak olduğunu, dördünün isə yaralandığını bildirmişdi. Ordunun məlumatına görə, Kamboca qüvvələri yerli vaxtla səhər saat 05:00-dan etibarən Tailand mövqelərini atəşə tutub.

Dekabrın 8-də Tayland Kral Hərbi Hava Qüvvələri Kamboca Silahlı Qüvvələrinin mövqelərinə hava zərbələri endirib. Açıqlamaya əsasən, zərbələr hərbi infrastruktur, silah anbarları, komanda məntəqələri və logistika marşrutlarını hədəf alıb.

Əlaqəli Xəbərlər