İndoneziyada daşqınlar nəticəsində ölənlərin sayı 950-yə çatıb
Operativ Media
İndoneziyanın Sumatra adasında baş verən güclü daşqın və torpaq sürüşmələri nəticəsində azı 950 nəfər həlak olub, 274 nəfər isə hələ də itkin düşmüş hesab edilir.
Operativ Media-nın məlumatına görə, təbii fəlakət nəticəsində təxminən 5 min nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Daha əvvəl ölənlərin sayının 900-ü keçdiyi bildirilmişdi.
İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyi təbii fəlakətə noyabrın sonundan bölgəyə yağan güclü yağışların səbəb olduğunu açıqlayıb. Güclü sel və palçıq axıntıları evlərə, yollara və infrastruktur obyektlərinə ciddi ziyan vurub, xilasedicilərin ən çox zərər çəkmiş ərazilərə çatmasını çətinləşdirib.