Yaponiyanın şimalında 6,4 bal gücündə zəlzələ baş verib
Operativ Media
Yaponiyanın şimalındakı Aomori prefekturasının sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.
Operativ Media xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Məlumata görə, zəlzələnin ocağı 22 km dərinlikdə yerləşib.
Dekabrın 8-də axşam saatlarında ölkənin şimalında 7,6 bal gücündə zəlzələ baş verib, azı 23 nəfər xəsarət alıb. Şərq və şimal-şərq sahilləri üçün sunami xəbərdarlığı edilib, lakin sonradan ləğv edilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma