Tramp Meksikanı yeni tariflərlə hədələyib

ABŞ Prezidenti Donald Tramp su təchizatı müqaviləsinin pozulmasına görə Meksikaya 5 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.
Operativ Media xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında məlumat verib.
“Meksika hazırda ABŞ-nin sorğularına cavab vermir və bu, çox ehtiyacı olan suya layiq olan amerikalı fermerlərə qarşı böyük ədalətsizlikdir. Bu səbəbdən su dərhal buraxılmasa, Meksikaya 5 faiz tarif tətbiq etməyə imkan verəcək sənədlər hazırlamışam”, – Tramp qeyd edib.
"The Washington Post"un 2024-cü il 17 may tarixli məlumatına görə, Meksika quraqlıqdan əziyyət çəkdiyi üçün onilliklərdir “Birləşmiş Ştatlara suyun çatdırılmasına müqavimət göstərərək” müqavilə öhdəliklərini yerinə yetirmir. 1944-cü ildə imzalanmış müqaviləyə əsasən, Meksika hər beş ildən bir Rio Qrande çayı hövzəsindən ABŞ-yə təxminən 2,2 milyard kubmetr su, ABŞ isə Kolorado çayından Meksikaya 1,8 milyard kubmetr su ötürməli idi.