Menyu

Qırğızıstan məhkəmə iclaslarının canlı yayımına başlayıb

Şəfa Hüseynli
Qırğızıstan məhkəmə iclaslarının canlı yayımına başlayıb

Qırğızıstan Respublikasının Ali Məhkəməsi açıq məhkəmə iclaslarının video axını üçün pilot layihənin başlandığını elan edib.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.

Bildirilib ki, bundan sonra istənilən vətəndaş real vaxt rejimində ölkənin məhkəmə sistemini müşahidə edə biləcək. Layihə Qırğızıstan Respublikasının Cinayət-Prosessual Məcəlləsində yeni müddəaların tətbiqi və dövlət qulluğunun deburokratikləşdirilməsi siyasəti çərçivəsində həyata keçirilir. Müxtəlif kateqoriyalar üzrə məhkəmə iclaslarının videoçəkilişinə 2025-ci ilin noyabrından dekabr ayına kimi başlanacaq.

Təşəbbüsün əsas məqsədi məhkəmə sisteminin şəffaflığının artırılması və əhalinin məhkəmə sisteminə etimadının gücləndirilməsidir. Yayımlar məhkəmə prosesi iştirakçılarının tələbi və ya məhkəmənin təşəbbüsü ilə aparılır.

Qeyd olunur ki, çəkilişlər ciddi şəkildə qanun çərçivəsində və yalnız məhkəmənin icazəsi ilə aparılır.


Əlaqəli Xəbərlər