07 Mart 2023, 18:00
Fil Dişi Sahilinin 1-ci liqasında futbolçu matç zamanı öldü

Fil Dişi Sahilinin 1-ci liqa klubu "Racing Club d'Abidjan"da (RCA) çıxış edən futbolçu Moustapha Silla matç zamanı dünyasını dəyişib.
"Operativ Media" xəbər verir ki, 21 yaşlı müdafiəçi Silla "Sol FC" ilə matçda halı pisləşib və yerə yıxılıb. İnfarkt keçirdiyi deyilən Sillanın 2022-ci ilin sentyabrında kluba transfer olunduğu bildirilib.