Menyu

ABŞ Dövlət Departamentində "Calibri" şriftindən imtina edilib

Operativ Media
ABŞ Dövlət Departamentində "Calibri" şriftindən imtina edilib

ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamentində sənədlərdə "Calibri" şriftindən istifadənin dayandırılması və Times New Roman-a qayıdılması ilə bağlı göstəriş verib.

Operativ Media xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb.

Rubio bildirib ki, köhnə şriftə qayıdış departament sənədlərinə “ciddilik və peşəkarlıq” qaytaracaq.

Onun sözlərinə görə, əvvəlki hökumətin "Times New Roman"dan imtina etməsi “müxtəliflik, bərabərlik, inklüzivlik və əlçatanlıq siyasətinin ən qanunsuz, əxlaqsız, radikal və israfçı nümunəsi” olub.

Qeyd olunur ki, qərar Dövlət Departamentində rəsmi yazışmaların standartlaşdırılması məqsədi daşıyır və artıq icra mərhələsinə başlanılıb.

Əlaqəli Xəbərlər