Böyük Britaniyanın Bristol Muzeyindən 600-dən çox qiymətli eksponat oğurlanıb
Şəfa Hüseynli
İngiltərənin Bristol Muzeyinin anbarından 600-dən çox əhəmiyyətli mədəni və maddi dəyərə malik əşya oğurlanıb.
Operativ Media xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Oğrular şəhər mərkəzindəki Kamberlend hövzəsi ərazisindəki anbardan Britaniya İmperiyası və Birliyinə həsr olunmuş muzey kolleksiyasından hərbi xatirə əşyaları, zinət əşyaları, fosillər və fil sümüyü, bürünc və gümüş heykəlciklər götürüblər.
Oğurlanmış əşyalar arasında 1600-cü ildən 1873-cü ilə qədər fəaliyyət göstərən Britaniya Şərqi Hindistan Şirkətinə aid hərbi nişanlar və kişi sancaqları var idi.