Azərbaycanın Türkiyədəki səfiri Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
Operativ Media
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.
Operativ Media xəbər verir ki, bu barədə Rəşad Məmmədov "X" platformasında paylaşım edib.
"Ömrünü Azərbaycan dövlətinə və xalqına xidmətə həsr etmiş Ümummilli Lider Heydər Əliyevi vəfatının 22-ci ildönümündə dərin hörmət və ehtiramla anırıq. Allah rəhmət eləsin", - paylaşımda qeyd olunub.