Şok yaşayan şəxsə ilk psixoloji yardım necə olmalıdır?
“Donma reaksiyası” (freeze response) təhlükə və ya güclü emosional gərginlik zamanı bədənin avtomatik olaraq hərəkətsizləşməsi ilə xarakterizə olunan bir stress reaksiyasıdır. Bu, “döyüş və ya qaç” mexanizminin üçüncü hissəsidir və insanın iradəsindən asılı olmadan baş verir.
Bu sözləri Operativ Media-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.
O bildirib ki, donma reaksiyası beyinin, xüsusilə də amigdalanın (başın arxa tərəfində bir yer) təhlükəni çox yüksək qiymətləndirdiyi vəziyyətlərdə yaranır:
“Orqanizm düşünür ki, hərəkət etmək təhlükəni daha da artıra bilər, ona görə də “səssiz qalmaq” və “heç tərpənməmək” daha təhlükəsizdir. Bu zaman:ürək döyüntüsü kəskin zəifləyə və ya sürətlənə bilər,əzələlər gərginləşir, bədən daş kimi sərtləşir,danışmaq çətinləşir, bədən sanki “bağlanır”, düşüncələr dumanlanır, qərarvermə yavaşıyır.
Bu, evolyusion olaraq insanı qorumaq üçün formalaşmış refleksdir. Yəni bədən təhlükəni dondurulmuş vəziyyətdə keçirməyin daha çox sağ qalma şansı verdiyini “hesablayır”.
Əvvəlcə deyim ki, donma reaksiyası stressə qarşı avtomatik, neurobioloji müdafiə mexanizmidir. İnsanlar bunu idarə edə bilmir və bunun iradə zəifliyi ilə əlaqəsi yoxdur.
Bu travmatik təcrübələrdə, yüksək qorxu və ya təhlükə anlarında daha tez aktivləşir
Reaksiyanın məqsədi orqanizmi qorumaq, bədənin enerji sərfini minimuma endirib təhlükədən “gizlənməyə” çalışmaqdır.
Bu terapiyada işlənə bilən normal bir fizioloji prosesdir”.