Azərbaycan və ABŞ arasında enerji əməkdaşlığının inkişafına dair müzakirələr aparılıb
Operativ Media
Energetika naziri Pərviz Şahbazov ABŞ-yə səfəri çərçivəsində Nümayəndələr Palatasının Enerji üzrə Alt Komitəsinin sədr müavini Maykl Klaud ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Pərviz Şahbazov öz "X" hesabında paylaşım edib.
Görüşdə Azərbaycanın regional əhəmiyyətli təşəbbüsləri və yeni layihələri kontekstində iki ölkə arasında enerji əməkdaşlığının inkişafına dair müzakirələr aparılıb.