Menyu

Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib - VİDEO

Operativ Media
Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib - VİDEO

Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günündə Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.

Müdafiə Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi dərin hörmət və ehtiramla yad olunub. 

Nazirliyin rəhbər heyəti daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzərək xatirəsinə ehtiram nümayiş etdirib.

Fotogalereya

Əlaqəli Xəbərlər