Özbəkistan və Qazaxıstan yüksək texnologiyalı diaqnostika laboratoriyaları şəbəkəsi yaratmaq niyyətindədirlər
Şəfa Hüseynli
Özbəkistanın Qazaxıstandakı səfiri Bəxtiyor İbrahimov iki ölkə arasında əməkdaşlıq çərçivəsində yüksək texnologiyalı diaqnostika laboratoriyaları şəbəkəsinin yaradılması imkanlarını müzakirə etmək üçün Qazaxıstanın aparıcı çoxsahəli klinik və diaqnostik laboratoriyalar şəbəkəsi olan Olimp-in təsisçisi Yerlan Süleymanovla görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.
Tərəflər Özbəkistan-Qazaxıstan əməkdaşlığı çərçivəsində yüksək texnologiyalı diaqnostika laboratoriyaları şəbəkəsinin yaradılması, onun təşkilati və hüquqi aspektləri və praktiki mexanizmləri ətraflı şəkildə nəzərdən keçiriblər.