
"Sosial şəbəkələrdə yazılanların 90 faizi səhvdir. Bütün millilərdə qələbəyə görə mükafat olur. Bu, tarixən belə olub. Mən 2011-ci ildən yığma komandalarla çalışıram. Hər yerdə belədir. İnsan bir işi sevdiyi üçün görsə də, qarşılığını almaq istəyir”.
"Operativ Media" xəbər verir ki, bu sözləri milli komandanın baş məşqçisi Canni De Byazi İctimai TV-nin “Bol İdman” proqramına yığma üzvlərinin Millətlər Liqasındakı qələbələrinə görə aldıqları mükafatlar barəsində danışarkən deyib.
İtaliyalı mütəxəssis belə şeylərə çox fikir verilməməli olduğunu bildirib:
“Uğur varsa, mükafat da olmalıdır. Futbolçular millidə maaş almırlar. Azərbaycanda belə şeylərə çox fikir verirlər. Nə qədər qazandın, neylədin? Daha çox qələbə qazanmaq barədə düşünmək lazımdır. Əsas məsələ yaddan çıxır. Mən Azərbaycana pul qazanmağa gəlməmişəm. Burada uğurlu nəticə üçün çalışıram. İstəsəydim, işləməzdim. Evdə ailəmlə oturub rahat yaşayardım”.