Qazaxıstan Prezidenti Yaponiyaya rəsmi səfər edəcək
Şəfa Hüseynli
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 18-20 dekabr tarixlərində Yaponiyaya rəsmi səfər edəcək. Operativ Media xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Səfər zamanı Tokayev İmperator Naruhito, Baş nazir Sanae Takaiçi və Yaponiya biznes ictimaiyyətinin nümayəndələri ilə görüşlər planlaşdırılır. Bundan əlavə, Qazaxıstan Prezidenti Mərkəzi Asiya-Yaponiya Zirvə görüşündə iştirak edəcək.