Menyu

Avstraliya Sidneydəki terror hücumundan sonra silah nəzarətini sərtləşdirməyi planlaşdırır

Şəfa Hüseynli
Avstraliya Sidneydəki terror hücumundan sonra silah nəzarətini sərtləşdirməyi planlaşdırır

Avstraliyanın Baş naziri Entoni Albaniz Sidneydəki Bondi çimərliyində yəhudi icmasının üzvlərinə edilən hücumdan sonra silah qanunlarının daha sərtləşdirilməsinə çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Baş nazir Entoni Albaniz bildirib ki, əsas prioritetlərə 3D çap olunmuş silahlara qarşı mübarizə, odlu silahların sayına məhdudiyyətlərin sərtləşdirilməsi və çoxlu sayda silah-sursat  və avadanlıqların idxalına nəzarət daxildir.

Baş nazir həmçinin bildirib ki, ölkə daxilində polis nazirlərinə və baş prokurorlara avstraliyalıların odlu silahlara çıxışını məhdudlaşdıracaq bir sıra tədbirlər hazırlamaq tapşırılıb.

Əlaqəli Xəbərlər