Menyu

“Volkswagen” tarixində ilk dəfə Almaniyadakı zavodunu bağlayacaq

Şəfa Hüseynli
“Volkswagen” tarixində ilk dəfə Almaniyadakı zavodunu bağlayacaq

“Volkswagen” tarixində ilk dəfə Almaniyada yerləşən avtomobil zavodunu bağlayacaq.

Operativ Media  xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

“Volkswagen” konserninin Drezdendəki zavodunda avtomobil istehsalı dayandırılacaq. Buna səbəb Çində və Avropada satışların azalması, həmçinin ABŞ tərəfindən tətbiq olunan idxal rüsumlarıdır.

“Bernstein” analitika şirkətinin eksperti Stiven Reytmanın sözlərinə görə, “Volkswagen” xərclərin azaldılması və əməliyyat mənfəətinin artırılması istiqamətində addımlar atır. Zavodun bağlanması Almaniyada şirkətin 35 min işçisinin ixtisarını nəzərdə tutan proqram çərçivəsində həyata keçirilir.

Qeyd olunur ki, 2002-ci ildən bəri zavodda təxminən 200 min avtomobil buraxılıb. Bu da konsernin Volfsburq şəhərindəki əsas müəssisəsinin illik istehsal həcminin yarısından da azdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər